İran səfirliyinə soxulan şəxslər öz bayraqlarını sancdılar - LONDONDA
Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz qalıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bir neçə nəfər səfirliyin eyvanına soxularaq İranın dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla əvəzləyiblər.
İnsidentlə əlaqədar polis tərəfindən 4 nəfər saxlanılıb. Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat bildirib ki, hadisəni törədənlər “britaniyalı şiələr” sektasının üzvləri olub.
Məlumata görə, səfirliyə hücumu ayətullah Məhəmməd Şirazinin tərəfdarları edib. 2001-ci ildə vəfat edən Şirazi İranın sabiq ali dini lideri Ayətullah Xomeyninin əleyhdarı olub.
Skotland-Yard faktla bağlı hazırda araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
12:41
238
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
240
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
587
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
658
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
757
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
874