ABŞ-da silahlı şəxs veteranlar evinə soxulub 3 nəfəri girov götürdü
ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident Yuntvil şəhərində qeydə alınıb.
Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır. Silahlı şəxs binaya daxil olaraq onlardan 3 nəfərini girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.
Polis insanları girov götürən şəxsin kimliyini müəyyən edib. Bu barədə Nap dairəsinin şerifi Con Robertson bildirib. Onun sözlərinə görə, polis hələ ki məlumatı ictimaiyyətə açıqlamağı düşünmür. Hadisənin motivləri barədə də hər hansı məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
12:41
238
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
240
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
587
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
658
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
757
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
874