Əri ilə mübahisə edən qadın sirkə turşusu içdi - LƏNKƏRANDA
Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Darquba kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı ailə münaqişəsi zəminində atası evində sirkə turşusu içərək intihar etmək istəyib. O, yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və vəziyyəti orta ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, münaqişə Z.Abbasova ilə həyat yoldaşı arasında baş verib. O, əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:41
304
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
297
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
602
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
660
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
759
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
878