YASAMAL BAZARINDA YANĞIN
Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın baş verib. APA TV-nin məlumatına görə, bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub. Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb. Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məluma olacaq.
OXŞAR XƏBƏRLƏR
19:44
292
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
304
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
523
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2135
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2109
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1936