Səudiyyə şahzadəsi: "İran, Türkiyə və Qətər "şeytan üçbucağı"dır"
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Türkiyə, Qətər və İranı terrora dəstək olmaqda günahlandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, vəliəhd Misirə ilk ziyarəti zamanı media nümayəndələri qarşısında çıxış edərkən Türkiyə, Qətər və İranı "Şərin təbliğatçısı" elan edib.
"Əl Cəzirə" və "CBS Ərəb" telekanallarının yayımladığı xəbərə əsasən, Məhəmməd ibn Salman ərəb ölkələrinin qarşılaşdığı terror problemi barədə açıqlama verərkən İran, Türkiyə və Qətəri "şeytan üçbucağı dövlətləri" adlandırıb.
"Bu ölkələr ərəb dünyasının təhlükəsizliyinə böyük təhdiddir. Ərdoğan "Osmanlı" və "müsəlman qardaşlığı" ifadələri ilə sultanlıq qurmaq, İran isə öz dini ideologiyasını yaymaq istəyir" - deyə, o bildirib.
Qeyd edək ki, Məhəmməd ibn Salman Misir səfərindən sonra hazırda Böyük Britaniyaya yollanıb.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü