Bakıda keçmiş məhkumdan tapança tapıldı
Paytaxtda keçmiş məhkumdan tapança götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə Oktay adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oktay Cabbarov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
12:41
378
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
332
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
630
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
666
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
765
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
887