Əsəd coşdu: "ABŞ koalisiyası İŞİD-in hərbi hava qüvvələridir"
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD və “Cəbhət ən-Nüsra” terror təşkilatlarına dəstək verir. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
“ABŞ koalisiyası İŞİD-in hərbi hava qüvvələridir. Onlar İŞİD, “Cəbhət ən-Nüsra” və digər terror təşkilatlarını dəstəkləyirlər”, - deyə B.Əsəd vurğulayıb.
Onun sözlərinə görə, Qərb ölkələri kimyəvi silahdan istifadə mövzusunu əllərində bəhanə edərək Suriya ordusuna hava zərbələri endirir. B.Əsəd həmçinin bildirib ki, Şərqi Qutada terrorçulara qarşı əməliyyat bundan sonra da davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
12:41
456
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
393
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
672
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
677
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
777
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
897