"Sibir şaxtası" Avropanı dondurur - 55 ÖLÜ
"Sibir şaxtası" 55 nəfərin ölümünə səbəb olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, şərqdən hərəkət edən soyuq hava kütlələri Avropanı cənginə alıb.
Temperaturun kəskin aşağı düşməsi nəticəsində təkcə Portuqaliyada 21 insan dünyasını dəyişib. Digər qitə ölkələri ilə birlikdə ölənlərin sayı 55 nəfərə çatıb. Donub ölənlərin arasında yoxsullar, qaçqınlar, yaşlılar, uşaqlar, eləcə də xroniki xəstəlikdən əziyyət çəkənlər daha çoxdur .
Soyuq hava şəraiti ilə əlaqədar İrlandiya, Niderland və İsveçrədə təyyarə reysləri təxirə salınıb. Fransanın cənubunda 2 min sürücü 24 saat ərzində magistral yolda çarəsiz qalıb.
Bundan əlavə, Portuqaliya və Fransadan istiqamət götürən "Emma" qasırğasının İrlandiya və İngiltərənin cənubunda ciddi fəsadlar yaradacağı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü