Narkoloji Mərkəzdəki yanğında ölən 9 nəfərin meyiti ailəsinə verildi
Respublika Narkoloji Mərkəzində qeydə alınmış güclü yanğında dünyasını dəyişən 25 nəfərdən hələlik yalnız 9 nəfərinin şəxsiyyətləri müəyyən edilib. APA TV-nin məlumatına görə, onların ad və soyadları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ailə üzvlərinin iştirakı ilə tanınıb.
Həmin şəxslərin meyitləri dəfn olunmaları üçün artıq yaxınlarına verilib. Digər 16 nəfərin şəxsiyyətini isə dəqiqləşdirmək hələ ki mümkün olmayıb. Ekspertiza hazırda tanınmaz hala düşən həmin meyitlərin üzərində müayinə aparır.
Qeyd edək ki, ötən gün səhər saatlarında Respublika Narkoloji Mərkəzinin 2-ci müalicə korpusunda güclü yanğın baş verib. Nəticədə orada müalicə olunan 25 nəfər dünyasını dəyişib. Onların əksəriyyətinin yataq xəstələri olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü