Ermənistanda yeni prezident seçildi
Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü.
A.Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub.
Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelində parlament idarə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR
12:41
941
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
951
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1152
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
759
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
863
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
977