PYD/YPG Afrinin kəndlərində qətliam törədib: 417 nəfər güllələnib - DƏHŞƏTLİ FAKTLAR
"Zeytun budağı" əməliyyatının 41-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2222-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son əməliyyat günündə Afrin yaxınlığındakı Şeyx Mehmetli kəndi terrorçulardan təmizlənib, bununla da PYD/YPG-nin nəzarətindən çıxarılan yaşayış məntəqələrinin sayı 116 olub, 60 terrorçu sağ ələ keçirilib.
TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri Cinderes bölgəsinə hücuma hazırlaşır.
Plana görə Cinderesin uzağı bir həftə müddətində terrorçulardan təmizlənməsi planlaşdırılır.
Bu arada Afrinin böyük yaşayış məntəqələrindən Bülbül qəsəbəsində sabitlik tam bərpa olunub.
Bülbüldə hazırda Türkiyə bayraqları dalğalanır.
PYD/YPG-dən təmizlənən kəndlərdə dəhşətli faktlar ortaya çıxıb. Terrorçular onlara qoşulmaq istəməyən içərisində 211 azyaşlı və yeniyetmənin də olduğu 417 dinc sakini qətlə yetirib.
Uşaqların zorla silahlandırılaraq döyüşə göndərilməsini təsdiq edən fotolar var.
Türkiyə sərhədinə yaxın kəndlərdə yaşayan 13 ailə uşaqlarının evdən zorla aparıldığını deyib və onların fotolarını sosial şəbəkə üzərindən Türkiyənin hüquq mühafizə orqanlarına təqdim ediblər.
Hazırda faktlar sənədləşdirilməsi aparılır.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü