Pentaqon rəhbəri: "Rusiya dünya xəritəsini zorla dəyişmək istəyir"
"Rusiya beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirməyə cəhd göstərir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis Monteneqrodan olan həmkarı Predraq Boşkoviçlə görüşdən sonra bildirib.
Pentaqon rəhbəri deyib ki, Moskva son zamanlar Avropanın diplomatiya, iqtisadiyyat və təhlükəsizlik sahələri üzrə qərarlarında veto hüququ əldə etmək istəyir.
Onun sözlərinə görə, ABŞ və Monteneqro da daxil olmaqla, NATO-dan olan digər tərəfdaşları Rusiya təhlükəsinə qarşı ciddi mübarizə aparır.
Xatırladaq ki, Moskva dəfələrlə NATO-nun özünün qərb sərhədləri yaxınlığındakı aktivliyindən narahatlıq ifadə edib. Vladimir Putunin mətbuat katibi Dmitriy Peskov Pentaqonun narahatlığını şərh edərkən, Rusiyanın heç bir ölkə üçün təhlükə törətmədiyini bildirib və əlavə edib ki, ölkəsi maraqlarına zidd istənilən hərəkəti cavabsız qoymayacaq.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü