Zərif Münhen aeroportunda "girov" qaldı: ABŞ şirkətləri onun təyyarəsinə yanacaq vurmadı
Almaniyaya səfər edən İran XİN rəhbəri Cavad Zərifin təyyarəsinə şirkətlər yanacaq doldurmaqdan imtina edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Münhen hava limanında fəaliyyət göstərən ABŞ-a məxsus şirkətlər Cavad Zərifin təyyarəsinə yanacaq vurmaq istəməyib.
ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyini bəhanə gətirən şirkətlər bunun ölkələrinin qanunvericiliyinə zidd olduğunu bildiriblər.
Münhen Təhlükəsizlik Şurasının sədri Volfhanq İşinger mediaya açıqlamasında məsələnin böyük çətinliklə həll olunduğunu bildirib.
"Məsələni Almaniya Hava Qüvvələri həll etdi. Alman əsgərləri Cavad Zərifin təyyarəsinə öz şəxsi anbarlarından 17 min litr yanacaq doldurdular" - deyə, yerli mətbuat orqanları məlumat yayıb.
Xatırladaq ki, Almaniyadan Moskvaya uçmağı planlaşdıran nazir gələcəkdə Qərb ölkələrinə səfər etməkdən imtina edəcəyi barədə fikirlər söyləyib.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü