Heydər Əliyev prospektində 57 yaşlı kişini avtomobil vuraraq öldürüb
Bakının Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
1961-ci il təvəllüdlü Məmmədov Sədrəddin Hacıağa oğlu metronun "Koroğlu" stansiyasının yaxınlığında yolu keçərkən "Volkswagen" markalı avtomobilin zərbəsinə tuş gəlib. Məlumata görə, o, piyada keçidi ilə deyil, avtomobil yolu ilə digər tərəfə keçmək istəyib. Ağır xəsarət alan S.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisənin təfərrüatlarını Nərimanov polisi araşdırır. Sürücü saxlanılaraq ifadəsi alınıb.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
986
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1180
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
867
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983