Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Lənkəran şəhərində vətəndaşları qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Lənkəran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib.
Nazir tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 31 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
986
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1180
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
867
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983