Humanitar yardım qarşılığında seks! - SURİYADA MÜHARİBƏDƏN BETƏR DƏHŞƏT
Suriyada BMT və digər qurumların adından humanitar yardım göstərən şəxslərin Suriyalı qadınları cinsi münasibətə məcbur etdiyi məlum olub.
APA TV-nin "BBC" telekanalına istinadən məlumatına görə, humanitar yardım qurumlarında işləyənlər, qarşılığında qadınlara cinsi əlaqə təklif edir. Analoji hal 3 il əvvəl Suriyanın cənub bölgələrində də qeydə alınmış və bu barədə tədbir görülmüşdü. Lakin xəbərdarlıqlar nəticə verməyib.
"BBC"yə açıqlama verən yerli işçilər qeyd edirlər ki, yardım qarşılığında cinsi əlaqə tələbləri o qədər çoxdur ki, bəzi Suriyalı qadınlar humanitar yardım məntəqələrinə getməkdən qorxur. Çünki gedəcəkləri təqdirdə insanlarda cinsi əlaqəyə girdikləri barədə fikirlər formalaşacaq.
Mütəxəssislər bu cür halların qarşısının alınmasının yeganə yolunu yerli qurumlarla əməkdaşlıq etməkdə və daimi nəzarətdə görür.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü