10 kq tiryəki satmaq istədi
Cəlilabad sakinindən 10 kq-dan çox narkotik maddə götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.
Şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq niyyəti əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
986
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1180
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
866
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983