Gəncədə ev yandı, 68 yaşlı qadın öldü
Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov prospekti, bina 37, mənzil 3 ünvanında qeydə alınıb.
Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 20-yə yaxın əməkdaşı və texnikası cəlb olunub. Yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub.
Yanğın nəticəsində ümumi sahəsi 34 kv. m olan 1 otaqlı mənzil yanar konstruksiyaları və əşyaları ilə birgə tamamilə yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının kəşfiyyatı zamanı 1950-ci il təvəllüdlü Katibi Natella Əli qızının yanmış meyiti aşkar olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
987
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1181
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
867
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983