Heydər Əliyev prospektində 2 avtomobil toqquşdu
Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
"Subaru" markalı avtomobil şəhərin mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən zaman qarşıdakı avtomobillərdən biri sürəti azaldıb. Ara məsafəsinin azaldığını görən "Subaru"nun sürücüsü də sürəti azaltmaq məcburiyyətində qalıb. Ancaq onunla eyni istiqamətdə arxadan gələn "Renault" markalı nəqliyyat vasitəsinin sürücüsü bir anlıq sükana nəzarəti itirib və onun avtomobili zərblə "Subaru"ya çırpılıb.
Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Hadisənin təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
985
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1179
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
866
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983