Bakıda oğul anasını qətlə yetirdi - DÖYƏ-DÖYƏ
Paytaxtda qətl törədilib. APA TV-nin verdiyi xəbərə görə, hadisə Bakının Qaradağ rayonunda baş verib.
Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən vəhşicəsinə qətlə yetirilib. Məlumata görə, qadın 34 yaşlı oğlu ilə mübahisə edib. Mübahisə zamanı oğlan taxta parçası ilə anasının baş nahiyəsinə ağır zərbələr endirib. Bundan sonra o, qadını boğub. Ağır xəsarətlər almış Z.İslamova yaxınları tərəfindən xəstəxanaya aparılsa da, o, yolda dünyasını dəyişib.
Qətlin təfərrüatlarını Qaradağ Rayon Prokurorluğu araşdırır. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
OXŞAR XƏBƏRLƏR
12:41
965
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
984
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1179
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
767
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
866
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
983