Bir neçə rayonda oğurluqlar edən 3 dost saxlanıldı - MASALLIDA
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları bir neçə rayonun ərazisində oğurluqlar törədən 3 nəfərlik dəstəni ələ keçirib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat axtarış tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıb.
Məlum olub ki, adıçəkilən şəxslər həmçinin fevralın 9-da gecə saatlarında Masallı rayon Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, fevralın 17-də isə rayon ərazisində “KamAZ” markalı avtomaşından 2 ədəd akkumulyatoru və digər bir təmir sexindən 15 ədəd su nasoslarını oğurlayıb. Oğurluq əməlini davam etdirən dəstə üzvləri sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha 3 "KamAZ" markalı avtomaşından ümumilikdə 6 ədəd akkumulyator oğurlayıb.
İstintaq bölməsinin rəisi Anar Xəlilovun sözlərinə görə, onların ətrafında aparılan əməliyyat tədbirləri zamanı digər rayonların ərazisindən etdikləri oğurluqlar da üzə çıxıb:
"Bundan əlavə, keçirilmiş əməliyat axtarış tədbirləri zamanı müəyyən olmuşdur ki, həmin şəxslər Neftçala rayonu ərazisində, Cəlilabad rayonunun Göytəpə şəhərindən və Salyan rayonundan "KamAZ" markalı avtomobillərə məxsus akkumulyatorları gizli yolla oğurlamışlar. Həmin şəxslərin başqa cinayət əməllərin törətmələri istiqamətində istintaq tədbirləri davam etdirilir".
Araşdırma zamanı oğurlanmış akkumulyatorların paytaxt ərazisində satıldığı da üzə çıxıb. Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
12:41
974
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
997
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1190
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985