Masallı sakinindən 2 kq-dan çox narkotik vasitə götürüldü
Masallıda külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və əvəllər də məhkum olunmuş Masallı şəhər sakini 50 yaşlı Vüsal Hüseynov saxlanılıb.
Rayon polis şöbəsində onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 21 qram, əlindəki sellofan torbadan isə 2.2 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 221 qram tiryək olması barədə rəy verilib.
"Onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara gödəkcənin cibindən 21 qram, əlindəki sellofan bağlamada 2 kq, ümumi çəkisi 2,221 kq külli miqdarda narkotik vasidə olan tiryək aşkar edilmişdi", - Masallı RPŞ-nin müstəntiqi Mahir Hüseynov belə deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
12:41
974
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
997
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1190
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985