Göyçayda ATS yandı - TELEFON ƏLAQƏSİ KƏSİLDİ
Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində rayonun Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.
Ərəbcəbirli bələdiyyəsinin binasında yerləşən Göyçay Telekommunikasiya Qovşağının kənd üzrə elektron ATS-ində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı 12 kvadrat metr sahəsi olan otaqda yerləşən elektron ATS aparatı, naqillər, texniki və inventar avadanlıqlar yanaraq yararsız hala düşüb. Yanğın səbəbindən Ərəbcəbirli kəndindəki abonentlərə telefon rabitə xidməti dayanıb.
Yanğınsöndürənlər alovun 144 kvadrat metr sahəsi olan bələdiyyə binasının ərazisinə yayılmasının qarşısını alıblar. Hadisənin elektrik naqilində qısa qapanma səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü