16 türk qadına edam cəzası verildi - İŞİD-LƏ ƏLAQƏYƏ GÖRƏ
İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş 16 türkiyəli qadını ölüm cəzasına məhkum edib. APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf edib.
Məhkəmənin hakimi Əbdül Səttar əl-Birkdarın sözlərinə görə, “bu qadınlar İŞİD-ə bağlı olduqlarını və terrorçularla izdivac halında yaşadıqlarını etiraf etdikdən sonra belə bir qərar verilib”. Onların İŞİD-in terror hücumları zamanı naviqasiya dəstəyi verdiyi ve yardım etdikleri də qeyd olunub. Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu da bildirilir.
Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum edilib. Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl-Afar bölgələrində saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
12:41
974
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
997
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1190
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985