ABŞ Türkiyəyə xəbərdarlıq etdi: SANKSİYA TƏTBİQ EDİLƏCƏK!
"Türkiyə Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə sanksiyalarla üzləşə bilər".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama ABŞ Dövlət Departamentindən səsləndirilib.
Bildirilib ki, bunun əvəzində ABŞ Türkiyə ilə birgə yeni müdafiə sistemlərinin yaradılması üzərində işə başlanmasını təklif edir: "ABŞ Türkiyənin hava məkanını gücləndirmək istəyini anlayır, amma bunu Rusiyanın hesabına reallaşdıra biləcəyindən narahatlıq keçiririk. Rəsmi Ankaranın bu addımları ölkəyə qarşı sanksiyaların tətbiqi ilə nəticələnə bilər".
Xatırladaq ki, bu Dövlət Departamentinin Rusiya ilə silah ticarəti aparan ölkələrə ilk xəbərdarlığı deyil. Bundan əvvəl qurum bir neçə MDB ölkəsi, habelə Suriya və İraqa da analoji xəbərdarlıqlar edib.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü