"Əş-Şabab" Somalidə ard-arda iki partlayış törətdi - 21 ÖLÜ
Somalinin paytaxtı Moqadişu şəhərində iki güclü partlayış olub. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 21 nəfər dünyasını dəyişib. Ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə nəticəsində 20 nəfərin də yaralandığı bildirilir. İlkin məlumata görə, prezident sarayı yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Bundan sonra daha bir partlayış baş verib, atışma səsləri eşidilib. Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.
Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
12:41
990
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1012
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1203
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985