ABŞ səfirliyi Qüdsə yerləşir - VAXT BƏLLİ OLDU
ABŞ-ın Qüdsdə səfirliyi bu ilin mayında fəaliyyətə başlayacaq. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Mayın 14-də səfirliyin Qüdsdə fəaliyyətə başlamasını planlaşdırırıq. Səfirlik hazırkı ABŞ Konsulluğunda yerləşəcək. Onun açılışı İsrailin 70 illiyinə həsr olunacaq”, - deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
Bundan əvvəl "Reuters" agentliyi İsraildəki mənbələrə istinadən səfirliyin mayda açılacağına dair xəbər yayıb.
Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu şəhərə köçürüləcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
12:41
990
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1012
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1203
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985