Şabranda şəhidin medalı ailəsinə təqdim olundu
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlunun layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal bu gün ailəsinə təqdim olunub.
APA TV-nin şimal bürosunun məlumatına görə, təşkil olunan mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Şabran Rayon İcra Hakimiyyətinin rəsmiləri çıxış edərək, ordu quruculuğu sahəsində görülən işlərdən danışıblar.
Şəhidin atası Süleyman Süleymanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyib.
Daha sonra şəhidin layiq görüldüyü medal onun övladlarına təqdim olunub.
Qeyd edək ki, F.Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. O, 2017-ci il dekabr ayının 13-də şəhid olub. Mərhumun 2 oğlu var.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü