Rusiya səfirliyindən 389 kiloqram kokain aşkarlandı! - NONSES
Rusiyanın Buenos Ayresdəki səfirliyinə aid məktəbdə 389 kq narkotik maddə aşkar olunub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, aralarında Rusiya səfirliyinin keçmiş əməkdaşı və bir yerli polisin də olduğu narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplaşma ələ keçib.
Argentinanın təhlükəsizlik naziri Patrisia Bulriç "bu, ən uğurlu əməliyyatımızdır. Tam gizli şəkildə keçirilmiş əməliyyatda 389 kq kokain ələ keçirilib" - deyə, açıqlama verib.
24 saatdan az bir vaxtda çemodanlardakı narkotik maddələr un ilə dəyişdirilib və Rusiya səfirliyinə bağlı məktəbə aparılıb. Yalnız bundan sonra qruplaşma üzvləri saxlanıb.
Narkotik maddə böyük ehtimalla Kolumbiyadan Argentinaya göndərilib və Rusiyaya daşınması planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
12:41
990
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1012
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1203
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
769
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
869
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
985