Müştəri taksi sürücüsünü bıçaqladı - ŞƏMKİRDƏ QƏTL
Şəmkirdə sürücü ilə müştəri arasında dava qətllə nəticələnib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Ayvaz İskəndərov rayon mərkəzində 1954-cü il təvəllüdlü Arif Yusifovun idarə etdiyi taksiyə oturaraq İrmaşlı kəndinə sürdürüb. Kəndə çatanda sərnişin Ayvaz İskəndərov 5 manat pul versə də, taksi sürücüsü yol haqqının 12 manat olduğunu deyib. Aralarında yaranana narazılıq A.İskəndərovun A.Yusifovu bıçaqlaması ilə nəticələnib. Çoxsaylı bıçaq yaraları alan sürücü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən Ayvaz İskəndərov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü