Birjalar tərəddüd içində: neft yenidən ucuzlaşmağa başladı
Birjalarda xam neftin qiyməti sutka ərzində bahalaşdıqdan sonra yenidən ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 65,38 dollara qədər yüksəlib. Hazırda bu marka 64,97 dollardan satılır. Qərbi Texas nefti isə 61,70 dollara qədər yüksələrək yenidən 61,09 dollara düşüb.
Bu gün ABŞ-ın neft ehtiyatlarının həcmi barədə rəsmi hesabatı açıqlanacaq. Ümumilikdə həftə ərzində ehtiyatların 3 milyon barel artması ehtimal olunur. Amerika Neft İnstitutunun hesabatına görə isə ehtiyatlar 907 min barel azalıb.
ABŞ-da ehtiyatların və istehsalın artması OPEK-in hasilatı azaltmaqla qiymətləri bahalaşdırmaq siyasətinin təsirini azaldır. Buna görə qiymətlərin ucuzlaşması və bu prosesin davam edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
12:41
1001
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1024
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1215
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
772
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
872
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
987