Avtobus 200 metrlik dərəyə aşdı - 44 ÖLÜ
Peruda sərnişin avtobusu idarəetmədən çıxıb və 200 metrlik uçuruma düşüb. Hadisə nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, 10 nəfər isə ağır xəsarət alıb.
APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Peru DİN-in məlumatında bildirilir.
Əraziyə çox sayda xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Məlumata görə, qəza Perunun Arekipa bölgəsində baş verib. Qəzanın səbəbləri barədə hələ ki məlumat verilmir.
Qeyd edək ki, bu yol Perunun ən təhlükəli yollarından biri hesab edilir. Burada tez-tez belə qorxunc yol qəzaları qeydə alınır.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991