Lavrov: "Əsəd kürdlərlə, Türkiyə isə Əsədlə danışıqlara getməlidir"
Rusiyanın xarici işlər naziri Afrin hadisələri ilə bağlı mühüm açıqlamalar verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Sergey Lavrov Slovenyanın paytaxtı Lyublyanada öz həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Suriya hökumətinə çağırış edib: "Suriya Afrində kürdlərlə dialoqa girməlidir. Suriyadakı xarici qüvvələr Suriya hakimiyyəti ilə əlaqə qurmalıdır. Suriyanın ərazi bütövlüyünün qorunması olduqca vacibdir".
Sergey Lavrov dünən Moskvada pakistanlı həmkarı ilə keçirdiyi görüşdə Afrində əməliyyatları davam etdirən Türkiyənin Bəşər Əsədlə danışıqlara getməli olduğunu, kürd məsələsinin qabardılmasından narahatlıq keçirdiklərini dilə gətirmişdi.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991