ATƏT Qazaxda monitorinq keçirib
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində monitorinq keçirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq baş tutan monitorinqi Azərbaycan tərəfədn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller aparıb.
ATƏT nümayəndələri əvvəlcə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüblər. Daha sonra müşahidəçilər sərhəd kəndlərə yola düşüblər. Monitorinq günorta saatlarında insidentsiz başa çatıb.
Qeyd edək ki, Ermənistan tərəfindən monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçiriblər.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991