Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991