Qəzaya uğrayan İran təyyarəsində 45 cəsəd tapıldı - 4500 METR YÜKSƏKLİKDƏ
İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA TV-nin xəbərinə görə, bu barədə “Press TV” məlumat yayıb.
Məlumata görə, axtarış işləri 4500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerində 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkir.
Bildirilir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.
Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus Tehran-Yasuc marşrutu üzrə uçan ATR-72 tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991