"Reuters": Əsəd qüvvələri Afrinə daxil olmağa başlayıb
Suriya ordusunun Türkiyənin hərbi əməliyyat keçirdiyi Afrinə daxil olduğu barədə xəbər yayılıb.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, Bəşər Əsədə bağlı qüvvələr Hələb istiqamətindən Afrinə daxil olmağa başlayıb.
Əsəd qüvvələrinin Afrinə daxil olması barədə PYD-YPG ilə Suriya hökuməti arasında razılıq əldə olunduğu xəbəri ilk dəfə fevralın 19-da yayılıb. Eyni gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astana formatı üzrə tərəfdaş ölkələr olan Rusiya və İran prezidentləri ilə telefon əlaqəsi saxlayıb.
Qeyd edək ki, Türkiyə prezidentinin V.Putinə "Əsəd Afrinə girərsə, bunun ağır nəticələri olacaq" dediyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
12:41
1016
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1038
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1229
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
775
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
874
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
991