Bakıda keçmiş məhkumdan avtomat tapıldı
Bakıda keçmiş məhkumdan avtomat götürülüb.
APA TV-nin xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə rayon ərazisində Elşən adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Həmidov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 20 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı Balaxanı qəsəbəsində tapdığını və həmin vaxtdan bəri hüquq-mühafizə orqanlarına təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü