Zibil topaları evlərin üstünə dağıldı - MOZAMBİKDƏ
Mozambikdə məişət tullantılarının çökməsi nəticəsində 17 nəfər həyatını itirib. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Maputu şəhərində baş verib.
15 metr hündürlüyündə toplanmış məişət tullantılarının dağılmasına intensiv yağan yağış suları səbəb olub. Bu vaxt tulantılar ətrafda olan gecəqondu evlərin üstünə dağılıb. Nəticədə onlarla yaşayış komaları uçub və insanlar dağıntıların altında qalıb. Buna görə də ölü sayının artacağı istisna olunmur.
Bir qədər əvvəl Maputu rəhbərliyi tullantıların toplandığı ərazidə salınmış gecəqonduları qanunsuz hesab edib və onların sökülməsi barədə qərar verib. Ancaq baş vermiş hadisə orada hələ də insanların yaşadığını üzə çıxarıb. Eyni zamanda yüzlərlə yerli sakin həmin zibilliyə qida və satmağa yararlı əşyalar əldə etmək üçün gəlir.
OXŞAR XƏBƏRLƏR
12:41
1028
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1049
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1241
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
777
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
877
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
993