Mövlud Çavuşoğlu: "Əsəd ordusu Afrinə girsə..."
Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, "Zeytun budağı" əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.
Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur:
"Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz".
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü