İŞİD insanları kilsənin qarşısında güllələdi - DAĞISTANDA
Silahlı şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə Kizlyar şəhərində Maslenitsa bayramı zamanı baş verib.
Nəticədə 5 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Həmin şəxs bayram karnavalı zamanı kilsədən çıxan insanlara atəş açıb.
Xəstəxanaya yerləşdirilən şəxslərdən iki nəfər qadının vəziyyətinin ağır olduğu bildirilir. Digər iki nəfər isə polis əməkdaşları olub. Onların aşağı ətraflarından yaralandığı deyilir.
Rusiya İstintaq Komitəsi kütləyə atəş açan silahlının 23 yaşlı yerli sakin olduğunu açıqlayıb. İnsidentlə bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
OXŞAR XƏBƏRLƏR
12:41
1051
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1071
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1264
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
781
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
881
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
996