Xaçmazda "Jiquli" "KamAZ"la toqquşdu - 3 ÖLÜ, 2 YARALI
Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı yük maşını toqquşub.
Qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan 3 nəfər Qubanın Nügədi kənd sakinləri - "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan E.Əliyev həkimlərin səylərinə baxmayaraq, xəstəxanada həyatını itirib. Digər yaralılar isə hazırda həkim nəzarətindədir.
Hadisə yerində ölənlərin şəxsiyyəti isə müəyyənləşdirilir. Deformasiyaya uğrayan avtomaşından meyitləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
12:41
1051
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1071
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1264
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
781
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
881
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
996