Əsəd qüvvələri Afrinə girdi - TÜRKİYƏYƏ QARŞI VURUŞACAQLAR
Suriya hərbi birləşmələri Afrinə daxil olub. APA TV-nin "Al Mayadeen" telekanalına istinadən məlumatına görə, bu, Dəməşqin Afrinə göndərəcəyi ordunun kiçik bir hissəsidir.
Hazırda daha böyük qoşun hissələrinin Afrinə göndərilməsi istiqamətində iş gedir.
Əsəd qüvvələri bölgədə Türkiyəyə qarşı döyüşən PYD/YPG terrorçularına dəstək vermək üçün "Zeytun budağı" əməliyyatının aparıldığı ön cəbhələrə yerləşdirləcək.
Xatırladaq ki, rəsmi Dəməşq bir müddət öncə PYD/YPG-nin bölgəyə hökumət qüvvələri göndərməsi ilə bağlı müraciətinə müsbət cavab verib.
Qeyd edək ki, Suriya rəsmiləri Ankaranı Afrin səmasında uçuşlar həyata keçirən Türkiyəyə məxsus təyyarələrin vurulacağı ilə bağlı dəfələrlə təhdid edib.
OXŞAR XƏBƏRLƏR
12:41
1051
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1071
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1263
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
781
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
881
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
996