Satdığı noxudun pulunu istədi, möhkəm döyüldü - CƏLİLABADDA
Cəlilabad rayonunda borc üstündə düşən dava bir nəfərin xəsarət almasına səbəb olub. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Məmmədrzalı kənd sakini, 44 yaşlı Rahil Məmmədov ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.
Məlumata görə, davaya səbəb Rahil Məmmədovun bir neçə ay bundan əvvəl tanışına nisyə satdığı noxudun pulunu istəməsi olub. Üstündən bir neçə ay keçməsinə baxmayaraq, həmin şəxs noxudun pulunu qaytarmayıb. Zərərçəkmişin qardaşı Rasim Məmmədovun sözlərinə görə, R.Məmmədov bazar gedərək tanışlarından borcunu istəyəndə məlum hadisə baş verib:
"Çağırtdırıb rayona ki, gəl sənin pulunun qalanını verim. Rayona gələndən sonra deyib ki, sənin noxudun balacadı. Yəni istəyib ki, cığallıq eləsin. Noxudun pulunu vermək istəməyib. Deyir, sözüm ağzımda qaldı, nə təhər küt alətlə vurdusa, yıxıldım kisələrin üstünə".
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:52
468
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
666
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
550
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
491
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
378
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1246