Qaradağlı faciəsindən 26 il keçir
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 26 il ötür.
APA TV-nin məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran erməni silahlıları fevralın 17-də kəndi işğalı edib.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin əsir götürüldüyü şahid ifadələri ilə sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
Qaradağlı indi də işğal altındadır.
OXŞAR XƏBƏRLƏR
12:41
1057
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1080
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1270
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
781
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
883
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
997