Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı - BƏZİ ƏZALARI YOXDUR
Bakıda doğranmış qadın meyiti tapılıb. APA-nın məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.
Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
12:41
1057
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1080
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1270
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
781
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
883
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
997