Maştağa sakinindən tapança tapıldı
Paytaxt sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində 3 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı bir müddət əvvəl yaşadığı Maştağa qəsəbəsində tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü