ABŞ rəsmisi: "Türkiyənin S-400 alması sanksiyalarla qarşılanmasa..."
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksləri ilə bağlı iddia ilə çıxış edib. O bildirib ki, Türkiyənin bu kompleks sistemlərini əldə etməsinə qarşı sanksiyalar tətbiq olunmasa, bundan çox təəccüblənəcək.
APA TV xəbər verir ki, Nauert bu müqavilənin NATO razılaşmasını poza biləcəyinə işarə edib.
"Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni təəccübləndirəcək", - deyə Nauert vurğulayıb.
Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400” zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.
ABŞ rəsmisi "İncirlik" hərbi bazasından istifadə üçün Türkiyə tərəfdən hər hansı maneənin olmadığını da deyib. "Türkiyə İŞİD-ə qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir. İncirlikdən əməliyyatlarımızı davam etdiririk", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
12:41
1062
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1085
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1275
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
783
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
885
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
999