Hüseyn Bağırov vətəndaşları qəbul etdi
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı və Ağsu rayonlarında yaşayan vətəndaşlarla görüşüb. APA TV-nin xəbərinə görə, nazirlə birlikdə idarə və tabeli qurumların rəhbərlərinin iştirak etdiyi görüşdə 40- a yaxın vətəndaşın müraciətinə baxılır. Müraciətlər əsasən, meşələrin, ətraf mühitin qorunması, hidrometerologiya və kəndlərdə içməli su ilə bağlı olub.
Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin qısa vaxt ərzində diqqətlə araşdırılması üçün aidiyyatı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Vətəndaşların qaldırdığı bəzi problemlər yerindəcə həll olunub, bəzi problemlər nazirliyin fəaliyyət dairəsinə aid olmadığına görə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI