CAR-da Zumanın ardından Ramafosa dönəmi başlayır - YENİ PREZİDENT
Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın istefasından sonra ölkə parlamenti yeni prezident seçib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Milli Assambleyanın iclasında deputatlar tərəfindən irəli sürülmüş yeganə namizəd - CAR-ın hakim Afrika milli konqresi partiyasının lideri Siril Ramafosanın prezident seçilməsi barədə qərar qəbul olunub. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Moxoenq Moxoenq məlumat verib.
Parlamentin buraxılmasında və növbədənkənar seçkilər keçirilməsində israr edən müxalifət partiyaları öz namizədlərini irəli sürməməyi qərara alıb. “İqtisadi azadlıq uğrunda mübarizlər” sol-radikal partiyasının parlament fraksiyası Ramafosanın namizədliyinə qarşı bir neçə uğursuz cəhddən sonra etiraz əlaməti olaraq iclasın başlanğıcında salonu tərk edib.
Xatırladaq ki, hakim partiya istefaya getməsi üçün Prezident Ceykob Zumaya iki gün vaxt vermişdi və fevralın 14-də axşam keçirdiyi mətbuat konfransında vəzifəsindən rəsmən getdiyini bəyan edib. Zuma bəyanatında bu addımı partiyasının parçalanmaması naminə atdığını deyib. Onun ikinci prezidentlik müddəti 2019-cu ilin mayında başa çatmalı idi.
OXŞAR XƏBƏRLƏR
12:41
1062
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
1085
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
1275
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
783
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
885
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
999